"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Rahid Zahid oğlu Ələkbərlinin Naxçıvan Muxtar Respublikası rabitə və yeni texnologiyalar nazirinin müavini təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərəncamı

R.Z.Ələkbərlinin Naxçıvan Muxtar Respublikası rabitə və yeni texnologiyalar nazirinin müavini təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Rahid Zahid oğlu Ələkbərli Naxçıvan Muxtar Respublikası rabitə və yeni texnologiyalar nazirinin müavini təyin edilsin.
  2.  Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikası rabitə və yeni texnologiyalar nazirinin müavini Rahid Zahid oğlu Ələkbərliyə həvalə edilsin.
  3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.   Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər ZEYNALOV Naxçıvan şəhəri, 8 sentyabr 2023-cü il