Rahid Ələkbərli Şərur rayonunda vətəndaşları qəbul edib
Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli 01 fevral 2024-cü il tarixdə Şərur rayonunda vətəndaşları qəbul edib.
Rayonda göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı müraciətlərə baxılıb.
Vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir hissəsi həll olunub və araşdırma tələb edən müraciətlərin isə həlli üçün müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, artıq 4 rayonda vətəndaşların müraciətlərinə baxılıb.