"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Rahid Ələkbərli Ordubad rayonunda vətəndaşları qəbul edib

Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli 23 yanvar 2024-cü il tarixdə Ordubad rayonunda vətəndaşları qəbul edib.Rayonda göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı müraciətlərə baxılıb.Vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir hissəsi həll olunub və araşdırma tələb edən müraciətlərin isə həlli üçün müvafiq tapşırıqlar verilib.Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 2024-cü il üçün “İş Planına” əsasən vətəndaş qəbulunun bütün rayonlarda keçirilməsi nəzərdə tutulur. Növbəti qəbul 25 yanvar 2024-cü il tarixdə Sədərək rayonunda keçiriləcəkdir. Qəbula yazılmaq üçün Nazirliyin (036) 550 99 01 və ya (010) 230 71 65 nömrəli telefonları vasitəsi ilə qeydiyyatdan keçmək olar.