Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli 25 iyulda Kəngərli rayonunda vətəndaşları qəbul edib.
Əvvəlcə mərkəzdə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əzəmətlə ucalan abidəsi ziyarət edilib və abidə önünə gül dəstələri düzülüb.
Qazi və sağlamlıq imkanı məhdud şəxslərin də iştirak etdiyi qəbulda nəqliyyat, telekommunikasiya, o cümlədən internet və poçt xidmətləri ilə bağlı müraciətlər dinlənilib və həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 2024-cü il üçün “İş Planına” əsasən həyata keçirilir.