Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli 25 iyul 2024-cü il tarixində saat 10:00-da Kəngərli rayonunda nəqliyyat, telekommunikasiya, internet və poçt xidmətləri sahələrində sakinləri maraqlandıran məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Qəbula yazılmaq üçün Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (036) 550-99-02 və ya (010) 230-71-65 nömrəli telefonları vasitəsi ilə qeydiyyatdan keçmək olar.
#RİNN #vətəndaşqəbulu