27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatının, Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyinin, "Naxçıvanpoçt" publik hüquqi şəxsinin və Nazirliyin tabeliyində olan digər qurumlarının əməkdaşları şəhidlərin məzarlarını ziyarət ediblər.
Kollektiv şəhidlərin məzarları önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün - 27 sentyabr Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini yad edirlər.