İyun ayının 3-də İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Heydər Əliyev kuboku" uğrunda keçirilən futzal turnirin ikinci turda Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə qarşılaşıb, oyun 5:5 hesabı ilə yekunlaşıb.
İyun ayının 10-da keçiriləcək üçüncü tur Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi arasında baş tutacaqdır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Futbol Federasiyası tərəfindən birgə təşkil olunan yarışa 9 komanda qatılıb. Kollektivlər iki qrupda mübarizə aparır. Hər qrupdan ən yaxşı göstəriciyə malik iki komanda pley-ofa adlayacaq.