Rəqəmsal transformasiya mövzusunda onlayn təlim keçirilib
Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları üçün 02 fevral 2024-cü il tarixdə “Rəqəmsal Transformasiya” mövzusunda vebinar keçirilib.
“Sosial tədbirlər” layihəsi çərçivəsində keçirlən vebinarda Nazirliyin əməkdaşı Şəfiqə Qafarlı mövzu barəsində çıxış edərək bildirib ki, rəqəmsallaşma həyatın müxtəlif sahələrində rəqəmsal texnologiyaların geniş tətbiqidir. Belə ki, rəqəmsallaşma kağız daşıyıcılarındakı məlumatların elektronlaşdırılması, internet resursuna çevrilməsidir. Rəqəmsal transformasiya müəssisənin rəqəmsal texnologiyalarının bütün proseslərinin, əməliyyat metodlarının və idarəetmə təcrübələrinin tam inteqrasiyasını nəzərdə tutur ki, bu da qurumların fəaliyyətində köklü dəyişikliklərə gətirib çıxaracaqdır. İnformasiya texnologiyalarının əsasını təşkil edən süni intellekt, əşyaların interneti, hökumət buludu, böyükhəcmli məlumatlar və ağıllı şəhər kimi rəqəmsal təşəbbüslər barəsində də ətraflı məlumatlar verilib.
Sual-cavab şəklində davam edən təlimdə iştirakçıların mövzu ilə bağlı təklifləri dinlənilib.