"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Rəqəmsal dünyamız-canlı xəritələr

 

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 22 noyabr 2023-cü il tarixdə Naxçıvan Biznes Mərkəzində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti ilə birgə “Rəqəmsal dünyamız –GEO Data” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Rahid Ələkbərli konfransın əhəmiyyətinə toxunaraq vurğulayıb ki, dövrümüzdə coğrafi obyektlərin təsvirinin verilməsi və yaxud onların canlı xəritələrə köçürülməsinin bir sıra üstünlükləri mövcuddur. Hazırlanmış rəqəmsal xəritələrdə muxtar respublikanın inzibati ərazi vahidləri ilə yanaşı bir sıra infrastruktur, kommunikasiya və digər xəritə səviyyələrinin yaradılması və mütəmadi işlənməsi mümkündür. Bu da nəticə etibarı ilə vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi və onların rahatlığının təmin edilməsinə, bu sahədə əhəmiyyətli uğurların qazanılmasına şərait yaradacaqdır.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə “Rəqəmsal xəritələr-müasir çağırışlar” mövzusunda çıxış edərək bildirib ki, hər sektordan minlərlə istifadəçi ünsiyyət qurmaq, təhlil aparmaq, məlumatı bölüşmək və mürəkkəb problemləri həll etmək üçün Rəqəmsal xəritələrin imkanlarından istifadə edir. Həmçinin, Rəqəmsal xəritələrin üstünlüklərindən bəhs edərkən vurğulanıb ki, Coğrafi İnformasiya Sistemindən istifadə etməklə yaradılan xəritələr hər kəs üçün əlçatandır. Belə ki, vətəndaşlar istənilən vaxt, istənilən yerdə tətbiqləri yükləməklə kompüterlərinin, istər planşetlərinin və ya smartfonlarında CİS-dən (Coğrafi İnformasiya Sistemi) istifadə edə bilərlər.

Rəqəmsal xəritələrin genişləndirilməsi və inkişafı istiqamətində vacib olan məqamlar işıqlandırılmış, müvafiq təşkilatlar işlərin təşkili istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin beynəlxalq və qabaqcıl təcrübələr haqqında məlumatlar diqqətə çatdırılıb.

Sonra Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşlarının canlı xəritələrin emalı, işlənməsi kimi müxtəlif mövzularda təqdimatları dinlənilib.

Konfrans sual-cavab sessiyası ilə davam edib.