"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Qlobal internet trafikdə botların payı getdikcə artır

Verilmiş məlumata əsasən 2022-ci ildə bütün internet trafikinin 47.4%-i botlara aid olub. Bu isə 2021-ci ildəki göstəricidən 5.1% yüksəkdir. İnsanlar tərəfindən generasiya edilən internet trafik göstəricisi 2022-cin ildə 52.6% təşkil edərək son 8 ildə ən aşağı səviyyəyə düşüb. Artıq dördüncü ildir ki, internet trafik mövzusunda botların payı getdikcə artır. Söhbət, qeyri-qanuni məqsədlərdə istifadə edilən botlardan gedir. Bu cür botlara çoxlu sayda insanlara spamların göndərilməsi, casusluq, DDoS hücumlar və veb saytların hack edilməsi üçün nəzərdə tutulmuş botlar daxildir.

2022-ci ildə onların internet trafikindəki payları 30.2%-ə qədər yüksəldi. Bu isə 2021-ci ildəki göstəricidən 2.5% yüksəkdir. Məlumata əsasən həmçinin qeyri-qanunu məqsədlər üçün istifadə edilən botlar daha qəliz olublar. Onlar təkmilləşdirilmiş botlar sinifinə daxildirlər və 2022-ci ildə onlar internet trafikinin 51.2%-ni əhatə ediblər. 2021-ci ildə bu göstərici 25.9% təşkil etmişdi. Botların hücumlarına daha çox turizm (24.7%), pərakəndə satış (21%) maliyyə servisləri (12.7%) kimi sahələr məruz qalıblar.