"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Papaq ilə smartfonlarınızı şarj edə biləcəksiniz: EcoFlow Power Hat!

Xüsusilə yaz aylarında əvəzolunmaz bir əşya olan papaq, bu günə qədər soyutma cihazı kimi istifadə olunması üçün fərqli layihələrdə yer alıb. Belə ki, papaq su püskürtmə cihazı, papaq fanlardan sonra indi də günəş enerjisi ilə işləyən papaq təqdim edilib. Belə ki, CES2025 sərgisində EcoFlow Power Hat adı ilə sərgilənən papaq ilə smartfonlarınızı şarj edə biləcəksiniz.

EcoFlow Power Hat, xüsusi olaraq parçaya inteqrasiya olunmuş günəş panelləri ilə təchiz edilib. Belə ki, istifadə olunan panellər monokristal silisium hüceyrələrindən ibarətdir və 24 faiz səmərəlilik dərəcəsinə malikdir. Papağın altında isə xüsusi konvertor bölməsi də yer alır ki, günəş enerjisini biz müxtəlif cihazları şarj etmək üçün istifadə edə bilək. Hətta, LED bildiriş işığı ilə istifadəçini xəbərdar edən qurğuda bir USB Type-A və bir USB Type-C portu var. Beləliklə, yenə təqdim olunan EcoFlow Power Hat adlı papaq ilə smartfonlarınızı istədiyiniz vaxt günəş enerjisi vasitəsi ilə şarj edə biləcəksiniz.

Qeyd edək ki, təqdim olunan günəş enerjisi ilə işləyən bu papaq daxili batareyaya sahib olmadığı üçün birbaşa olaraq cihazlarınızı paneldən şarj etmək lazım gəlir. Yəni açıq havada şarj olmadan qalmamağınızı təmin edən günəş enerjili papaq yenə də hərəkət halında olduqda istifadə üçün çox əlverişli hesab oluna bilməz. Belə ki, bu günəş enerjisi ilə işləyən papaqdan sadəcə oturub istirahət edərkən smartfon və digər cihazlarınızı şarj etməyiniz məqsədəuyğun hesab olunur. Bu cihazın qiyməti isə 129 dollar olaraq təyin edilib.