"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Paint tətbiqinə fotolardakı arxa fonun silinməsi funksiyası əlavə edilib

Microsoft Paint tətbiqini faydalı və müasir qrafik redaktora çevirməyi hədəfləyib. Şirkət Windows 11-in test versiyalarında Paint-in yeni versiyasını istifadəyə verib. İstifadəyə verilmiş yeni versiya isə öz növbəsində istifadəçilər tərəfindən çoxdan gözlənilən faydalı funksiyanı əldə edib. Söhbət, bu və ya digər fotonun arxa fonunun silinməsi funksiyasından gedir. Bu funksiyadan istifadə etmək üçün Paint-ə lazımi şəkli yükləmək və tətbiqin sol hissəsində yerləşən alətlər panelindəki xüsusi düyməyə klikləmək lazımdır.

Xüsusi düyməyə klikləyəndən sonra tətbiqin sistemi fotodakı əsas obyekti avtomatik şəkildə təyin edəcək və arxa fonu siləcək. Əgər sistem fotoda əsas obyekti səhv təyin etsə, istifadəçi arxa fonun silmək istədiyi hissəsini fərdi şəkildə seçə biləcək. Sözügedən yeni funksiya hələ test mərhələsindədir və onun stabil Windows 11 versiyasına nə zaman əlavə ediləcəyi bilinmir. Qeyd etmək lazımdır ki, Microsoft şirkəti Paint üçün həmçinin süni zəka əsasında fotoların tərtib edilməsi funksiyası üzərində də çalışır.