Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən mühəndis-proqramçıların bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər davam etdirilir.
Belə ki, “Sosial tədbirlər” layihəsi çərçivəsində hər həftə aktual mövzularda vebinarlar keçirilir. Bu dəfə isə Nazirliyin əməkdaşı Mələkxanım Zülfüqarlı tərəfindən OSINT (Open source intelligence- açıq mənbə kəşfiyyatı) texnologiyası haqqında iştirakçılara ətraflı məlumatlar verilib.
Vebinar sual-cavab şəklində davam edib.