"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

OpenAI şirkəti fərdi süni zəka çiplərini hazırlamağı nəzərdən keçirir

Süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısı olan OpenAI şirkəti özünün süni zəka çiplərini hazırlamağı nəzərdən keçirir. Bunun sayəsində şirkət bazarda süni zəka prosessorlarının hazırlanması ilə məşğul olan istehsalçılardan asılılığını aradan qaldırmaq istəyir. Bu cür istehsalçılar siyahısına həmçinin NIVIDA şirkəti də daxildir. Bundan əlavə olaraq OpenAI bu üsul ilə özünü lazımi sayda süni zəka çipləri ilə təmin etmək istəyir. Reuters saytının verdiyi məlumata əsasən keçən il OpenAI şirkətində heç də ucuz qiymətə satılmayan süni zəka çiplərinin çatışmazlığı probleminin aradan qaldırılması üzrə müxtəlif müzakirələr aparılıb. Buna görə də şirkət fərdi süni zəka çipini hazırlamaq, NVIDIA kimi istehsalçılar ilə daha sıx əməkdaşlıq etmək və süni zəka prosessorlarının istehsalçılarının diversifikasiyası kimi variantları nəzərdən keçirir.

OpenAI şirkətinin CEO-su Sam Altman çoxlu sayda süni zəka prosessorunun əldə edilməsini şirkətin əsas prioritetlərindən biri hesab edir. O, iki problemə istiqamətlənib. OpenAI şirkətinin proqram təminatlarının çalışmalarını təmin edən aparıcı süni zəka prosessorlarının çatışmazlığı və şirkət məhsullarının çalışmalarından cavabdeh olan hardware təminatının xidməti üçün sərf edilən inanılmaz vəsaitlər. OpenAI özünün generativ süni zəka texnologiyasını Microsoft tərəfindən hazırlanmış superkompüterdə hazırlayır. Sözügedən superkompüter özündə NVIDIA-nın 10 000 ədəd qrafik prosessorunu birləşdirir. Analitiklərin hesablamalarına əsasən bir istifadəçinin ChatGPT-yə göndərdiyi bir sorğu OpenAI şirkətinə 0.04$-a başa gəlir.