OpenAI şirkəti öz məhsullarının istifadəsi siyasətində anons edilməmiş dəyişikliklər edib. Belə ki, şirkət öz çat-botlarının və digər məhsullarının hərbi məqsədlərdə istifadəsi qadağasını aradan qaldırıb. Daha öncə şirkətin süni zəka məhsullarının hərbi məqsədlərdə istifadəsi, həmin məhsulların istifadəsi ilə silahların hazırlanması və kommunikasiyaların izlənməsi kimi qadağan idi. Şirkətin hal-hazırki siyasəti daha qeyri-aydın səslənsə də özündə silah ilə bağlı fikri birləşdirir. OpenAI təmsilçiləri bildiriblər ki, onlar bu üsulla hərbi sahə ilə əməkdaşlığın qapılarını açmaq istəyiblər. Qeyd etmək lazımdır ki, şirkət artıq ABŞ Müdafiə Nazirliyinin DARPA adlı şöbəsi ilə kibertəhlükəsizlik mövzusunda əməkdaşlıq edir.