"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

OpenAI Deep Research funksiyası tələbələrə saxta akademik işlər yaratmaq üçün yeni imkanlar verir

OpenAI şirkətinin ChatGPT üçün istifadəyə vermiş olduğu Deep Research adlı yeni funksiyası, müəllimlər tələbələrdən Wikipedia-dan başqa mənbələr istəmədikcə, semestr ərzində yazılmalı olan elmi işlərin saxtalaşdırılması üçün ideal bir vasitə kimi görünür. İstifadəyə verilmiş bu yeni funksiya, OpenAI-nin tezliklə buraxılacaq o3 süni zəka modeli üzərində qurulub və Google şirkətinin keçən ilin sonunda Gemini 2.0 ilə təqdim etmiş olduğu bir funksiyaya bənzəyir. Google-un bənzər funksiyası, mövzunun dərinliyindən asılı olaraq 30 dəqiqə və ya daha çox müddətdə uzun məqalələr yaratmaq üçün nəzərdə tutulub.
Sadə dildə desək, həm Google-un, həm də OpenAI-nin bu yeni funksiyaları, internetdə çoxsaylı axtarışlar aparıb növbəti addımı təhlil edərək hesabat hazırlaya bilən süni zəka agentləridir. Deep Research funksiyası ChatGPT Pro abunəçiləri üçün əlçatandır və sorğu panelinin altında yeni bir düymə şəklində mövcuddur. Sadə dildə desək, bu funksiya sizin yerinizə Google-da axtarış aparır. Mənbələri özünüz seçmək əvəzinə, çat-bot bunu sizin üçün edir. Məsələn, OpenAI ChatGPT-yə iOS və Android-in yayılma nisbətlərini, eləcə də ikinci dil öyrənmək istəyənlərin faizini araşdırmağı tapşırıb və bu məlumatlara əsaslanaraq ChatGPT-nin hansı bazarlara daha yaxşı genişlənə biləcəyini müəyyənləşdirməsini istəyib.