"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

OpenAI çat-botların yaradılması üçün GPTs adlı konstruktoru təqdim edib

OpenAI şirkəti GPTs adlı konstruktoru təqdim edib. Sözügedən konstruktor vasitəsilə istifadəçilər ChatGPT-yə xüsusi imkanları, spesifik bilikləri və bacarıqları əlavə edə bilərlər. Nəticədə onlar GPTs vasitəsilə texniki məsələlər ilə bağlı məsləhətçini, rəqəmsal aşpazı və ya uşaqlar üçün riyaziyyat müəllimini tərtib edə bilərlər. OpenAI şirkətinin sözlərinə əsasən ChatGPT istifadəyə veriləndən sonra istifadəçilər çat-botun konkret tapşırıqlara istiqamətlənməsinə hədəflənmiş alətlərin istifadəyə verilməsini istədilər. Bəzi istifadəçilər hətta lazımi nəticəni əldə etmək üçün xüsusi sorğular siyahısını da tərtib etməyə başladılar.

 İstifadəçilər uğurlu sorğuların hesabatlarını aparmağa, onları fərdi şəkildə kopyalayaraq sistemə yerləşdirməyə məcbur oldular. Lakin GPTs konstruktorunun istifadəyə verilməsi ilə bütün bu prosesləri avtomatlaşdırmaq mümkündür. Çat-botun düzgün şəkildə ayarlanması üçün ona öhdəliklərini başa salmaq, təlimatları təqdim etmək və ChatGPT-nin standart versiyasının sahib olmadığı əlavə bilikləri ötürmək lazımdır. Bundan əlavə olaraq çat-bota internetdə axtarış etmək, fotoların tərtibatını reallaşdırmaq və məlumatları analiz etmək imkanlarını da vermək olar. Şirkət bildirib ki, fərdi çat-botun hazırlanması üçün proqramlaşdırma biliklərinə sahib olmağa ehtiyac yoxdur.
Ayarlanma prosesi isə sadə dialoqa bənzəyir. Şirkətin fikrincə hal hazırda ən yaxşı həllər ictimaiyyətin birgə səyləri sayəsində ortaya çıxa bilər. Buna görə də istifadəçilər öz tapşırıqları üçün nəzərdə tutulmuş çat-botları yaratmaqla yanaşı onları digərləri ilə bölüşə də biləcəklər. Gələcəkdə isə şirkət bu cür çat-botların təqdim olunacaqları platformanı istifadəyə verməyə planlaşdırır. Çat-bot yaradıcıları öz həllərini monetizasiya da edə biləcəklər. OpenAI hətta xüsusi tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulmuş bir neçə hazır çat-botu da təqdim edib. Onlar istifadəçilər arasında tədricən istifadəyə verilir.