NVIDIA CEO-su: "Artıq 5 ildən sonra süni zəka insanla rəqabət apara biləcək"
NVIDIA şirkətinin CEO-su olan Jensen Huang-ın fikrincə öz imkanları baxımından insan ilə rəqabət apara biləcək süni zəka artıq 5 ildən sonra ortaya çıxacaq. Onun sözlərinə əsasən ümumi süni zəkanı (Artificial General Intelligence / AGI) testlərdən insan səviyyəsində keçə bilən bir sistem kimi nəzərə alsaq, yaxın zamanda bu cür alqoritmlər artıq yaradılacaq. Huang hesab edir ki, süni zəka sahəsindəki rəqabət hazır süni zəka alətlərinin istifadəyə verilməsinə səbəb olacaq.
Müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər isə onları öz tələbatlarına əsasən ayarlaya biləcəklər. Bura çiplərin layihələşdirilməsi ilə proqram təminatının hazırlanmasından tutmuş yeni növ dərmanların yaradılmasınə kimi müxtəlif sahələr daxildirlər. NVIDIA CEO-nun fikrincə ümumi süni zəkanın yaradılması qarşısında dayanan əsas maneələrdən biri də müasir alqoritmlərin çoxmərhələli məntiqli əsaslandırma bacarığına sahib olmamalarıdır. Lakin bütün texnoloji şirkətlər bu istiqamətdə aktiv şəkildə çalışmağa davam edirlər.