Neuralink şirkəti nəhayət ilk xəstənin beyninə kompüterlə əlaqə saxlamasına imkan verən çip yerləşdirib. İlk əməliyyat olduqca uğurlu həyata keçirilib. Qeyd edək ki, bu il ümumilikdə 11 könüllü xəstənin belə əməliyyat keçirəcəyi daha əvvəl də bildirilmişdi. Neuralink 2024-cü ildə öz sınaqlarında ciddi inkişaf əldə edə bilər.
Ümumiyyətlə Neuralink şirkəti insan beyni və kompüter arasında əlaqə yaratmaqla bionik protezləri və ya ekzoskeletləri effektiv şəkildə idarə etməyə ümid edir. Ötən gün Neuralink layihəsinin ideya müəllifi və şirkəti qurucusu Elon Musk X sosial şəbəkəsində etiraf edib ki, Neuralink çərçivəsində ilk insanın beyninən çip yerləşdirilib və hazırda xəstə əməliyyatdan sonra tədricən sağalır. Xatırladaq ki, kiçik silindrik implant insanın kəllə sümüyündəki bir dəliyə yerləşdirilir və ən nazik elektrodlarla beyinə bağlanır. Habelə, şirkətin ideyasına görə, bu cür əməliyyatları ixtisaslaşmış robotlar yerinə yetirməlidir.
Elon bildirib ki, ilkin nəticələr ümidvericidir, çünki, çip xəstənin neyronlarının fəaliyyətini qeydə almağa müvəffəq olub. Şirkət klinik sınaqlar uğurlu olarsa, kütləvi istehsala buraxmağı planlaşdırdığı implantı üçün artıq bir ad tapıb. Telepatiya kimi qiymətləndirilən bu implant insana smartfonu, kompüteri və ya hər hansı digər cihazı “sözün əsl mənasında düşüncə gücü ilə” idarə etməyə imkan verəcək. Maskın sözlərinə görə, təşəbbüsün məqsədi ağır əlilliyi olan insanlara beynin sinir sistemi ilə qarşılıqlı əlaqəsinə kömək etməkdir. Neuralink-in elmi məsləhətçilərinin fikrincə, şirkətin beyin implantlarının kütləvi istifadəyə icazə verilməsi üçün illər lazım olacaq.