"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

NDU-da suni intellektlə bağlı beynəlxalq elmi konfrans keçirilib

Konfransdan öncə qonaqlar Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsi önünə gül dəstəsi qoyaraq, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Muzeyinə gələn qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında qonaqlara ətraflı məlumat verilib.

Konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Rusiyanın "Cənub" Universitetinin təşkilatçılığı ilə keçirilib.

Konfransda həmçinin Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini-nazir səlahiyyətlərini icra edən Rahid Ələkbərli bulanıq məntiq nəzəriyyəsi, süni intellektin üstünlükləri və yarada biləcəyi təhlükələr, süni intellekt vasitəsilə kibertəhlükəsizliyin gücləndirilməsi, süni intellektin istehsal sənayesində tətbiqi, süni intellektin etik və sosial təsirləri və bir çox önəmli məqamlar konfrans iştirakçılarının nəzərinə çatdırıb.

Sonra konfrans elmi bölmələrdə panel müzakirələrlə intellektual robot və mexatron sistemlər, süni intellekt idarəetməsinə insan mərkəzli yanaşma: diskret düşüncədən rəqəmsal şüura, rəqəmsal idarəetmədə süni intellekt, riyazi statistika və data elmi, təhsil, tibb və texnologiyada intellektual informasiya sistemlərinin təşkili və tətbiqi məsələləri, süni intellektin psixoloji və fəlsəfi-metodoloji aspektləri mövzularında maraqlı elmi  məqalə və tezislərlə işini davam etdirib.

2 gün davam edən konfransın bağlanış tədbirində iştirakçılar sertifikatla təltif ediliblər.

Qeyd edək ki, konfrasa gələn yerli və xarici qonaqların muxtar respublikanın tarixi və turistik məkanlarına gəzintiləri də təşkil edilib.