Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Samirə Məmmədova kompüter texnologiyaları sahəsində dünyanın lider şirkətlərindən olan IBM (International Business Machines) və “CODERS” Tədris mərkəzi tərəfindən aktual mövzularda keçirilən onlayn kurslarda iştirak edib və müvafiq sertifikatlarla təmin olunub.
Təlimlər zamanı süni intellekt və əşyaların internetinin müxtəlif sahələrdə tətbiqi, maşın öyrənməsi alqoritmləri, Data analitikası, Python proqramlaşdırma dili, SQL verilənlər bazası haqqında biliklər əldə edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən kadr hazırlığı istiqamətində həyata keçirilən kompleks tədbirlər davam etdirilir.
#RİNN #MDDT #Nakhchivan #DATABASE #PYTHON #SQL #AI #IOT #MachineLearning #Programmer #Developer