Nazirliyin Kollektivi Ulu Öndərin abidəsini ziyarət edib
Azərbaycanın müasir dövlətçiliyinin memarı, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi və tabe qurumlarının əməkdaşları Naxçıvan şəhərində Ulu Öndərin abidəsini ziyarət ediblər.
Kollektiv üzvləri abidənin önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla anıblar.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və müasir inkişaf yolunun formalaşmasında misilsiz rol oynamış, xalqımızın qəlbində əbədi yaşayacaq bir Lider olmuşdur. Onun yorulmaz fəaliyyəti və uzaqgörən siyasəti Azərbaycanın gələcək nəsilləri üçün əvəzsiz bir örnəkdir.