"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Nazirlikdə rəqəmsal könüllülərlə görüş keçirilib  

Aprelin 8-də Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində könüllülük fəaliyyətinə başlayan tələbələrlə görüş keçirilib. “Rəqəmsal könüllülər” proqramı çərçivəsində təşkil olunan görüşdə Nazirliyin nümayəndələri ilə Naxçıvan Dövlət Universitetinin İnformasiya texnologiyaları və Kompüter mühəndisliyi ixtisaslarının tələbələri iştirak ediblər.

Nazirliyin Aparat rəhbəri Əziz Hümbətzadə iştirakçıları salamlayaraq proqramın məqsəd və əhəmiyyəti barədə danışıb. O bildirib ki, müasir dövrdə rəqəmsal bilik və bacarıqların inkişafı prioritet istiqamətlərdəndir və bu proqram gənclərin potensialının üzə çıxarılmasına xidmət edir. Qeyd olunub ki, könüllülük fəaliyyəti gənclərə yalnız nəzəri biliklərini möhkəmləndirmək deyil, həm də real iş mühitində özlərini sınamaq imkanı yaradır.

Daha sonra çıxış edən Nazirliyin İnsan resursları, hüquq, sənədlərlə və müraciətlərlə iş şöbəsinin müdiri İsmayıl Qəribli və “Naxçıvan Telekom” MMC-nin direktor müavini Seyhun Ələkbərov könüllülük fəaliyyətinin hüquqi və təşkilati tərəfləri barədə məlumat veriblər. Bildirilib ki, könüllülər Nazirliyin və tabeli qurumlarının fəaliyyət istiqamətlərinə uyğun müxtəlif sahələr üzrə layihələrə cəlb olunaraq praktiki bilik və bacarıqlarını inkişaf etdirəcəklər.

Həmçinin, Universitetin İnformasiya texnologiyaları ixtisası üzrə tələbələri Səma Abdullazadə və Turanə Qasımzadə könüllülük fəaliyyətinin əhəmiyyətindən bəhs ediblər. Onlar qeyd ediblər ki, bu proqram vasitəsilə gənclər yeni biliklər qazanmaq, peşəkar mühitlə tanış olmaq və öz bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər.

Görüş interaktiv müzakirə şəraitində davam edib. İştirakçılar proqramla bağlı suallarını səsləndirib, təkliflərini bölüşüblər. Müzakirələr zamanı könüllülərin fəaliyyət istiqamətləri, inkişaf imkanları və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Rəqəmsal könüllülər” proqramı gənclərin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması, onların real iş mühitində təcrübə qazanması və muxtar respublikada rəqəmsal transformasiya prosesinə töhfə verməsi məqsədi daşıyır.