Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının rəqəmsal İnkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 18 yanvar 2024-cü il tarixində, saat 09:00-dan 14:00-dək Naxçıvan şəhərində yerləşən Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin inzibati binasında Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının, həmçinin də Naxçıvan şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətləri sahələrində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Qəbula yazılmaq üçün 17 yanvar 2024-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Çağrı Mərkəzi” (1655) və elektron poçtu (office@mincom.gov.az), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsi ilə, həmçinin də Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 036 550 99 01 və ya 010 230 71 65 nömrəli telefonlar vasitəsi ilə qeydiyyatdan keçmək olar.