"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

“Naxçıvanpoçt”un əməkdaşları talassemiyalı xəstələr üçün qan veriblər

8 May Beynəlxalq Talassemiya Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu “Naxçıvanpoçt” publik hüquqi şəxsin əməkdaşları ağır irsi qan xəstəliyi olan talassemiya xəstələri üçün qanvermə aksiyasında iştirak ediblər.

Aksiya Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Qan Bankı və Qanköçürmə Mərkəzi”ndə baş tutub. Donorlar qeydiyyatdan keçdikdən sonra xüsusi ayrılmış yerlərdə könüllü və təmənnasız surətdə qan veriblər.

Təşkil olunan aksiyada iştirak edən əməkdaşlar qeyd ediblər ki, bu cür sosial təşəbbüslər cəmiyyətin rifahı üçün vacibdir və mütəmadi olaraq belə tədbirlərdə iştirak etməyə hazırdırlar. Qanvermə aksiyası çərçivəsində iştirak edən könüllülərə müvafiq tibbi yoxlamalar aparılıb və onların sağlamlığı tam təminat altına alınıb.

Qan verməklə həm ehtiyacı olanlara həyat bəxş edildiyini, həm də insan orqanizminin sağlamlığı üçün faydalı bir addım atıldığını qeyd edən “Naxçıvanpoçt”-un əməkdaşları belə tədbirlərin davamlı xarakter daşıyacağını vurğulayıb.

Bu aksiya Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sosial məsuliyyət strategiyasının bir hissəsi olaraq həyata keçirilib və vətəndaş cəmiyyətinə töhfə vermək niyyətini bir daha nümayiş etdirib.