"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

“Naxçıvanpoçt” xidmət səviyyəsini artırır

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvanpoçt” publik hüquqi şəxsinin mərkəzi filialında Nazirliyin tabeli qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin vahid məkandan təqdim olunmasına başlanılıb. Belə ki, mərkəzi filialda müraciətlərinə əsasən telefon və internet çəkilişləri üzrə vətəndaşlardan ərizələrin qəbulu da həyata keçiriləcəkdir.

Qeyd edək ki, mərkəzi filialda ənənəvi poçt xidmətləri ilə yanaşı, eyni zamanda, sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə və danışıq haqlarının qəbulu, internet abunəçilərinin balansının artırılması xidmətindən istifadə haqlarının ödənişləri və sair xidmətlər həyata keçirilir.

Xidmətin yaradılmasında əsas məqsəd istifadəçilərin rahatlığının təmin edilməsi və əlavə vaxt itkisinin qarşısının alınmasıdır.