"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

“Naxçıvanpoçt” şəhid ailələrinə bayram sovqatları çatdırıb

"Vətən əmanətlərin keşiyindədir" layihəsi çərçivəsində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Qurban bayramı ərəfəsində muxtar respublikanın şəhər və rayonlarında 30-a yaxın şəhid ailəsinə bayram hədiyyələri çatdırılıb. Bu təşəbbüs "PAŞA Holding"-in dəstəyi ilə həyata keçirilib.
Proqram çərçivəsində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Naxçıvanpoçt” publik hüquqi şəxsinin əməkdaşları şəhid ailələrinin evlərinə gedərək onlara bayram sovqatlarını təqdim edib, ailələrin qayğı və ehtiyacları ilə maraqlanıblar.
Sovqatların çatdırılması zamanı şəhidlərimizin xatirəsi bir daha anılıb, onların göstərdiyi qəhrəmanlıq yüksək qiymətləndirilib. Bu cür tədbirlər şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqətin bariz nümunəsidir.
"Vətən əmanətlərin keşiyindədir" layihəsi şəhid ailələrinə mənəvi və sosial dəstək istiqamətində aparılan əhəmiyyətli təşəbbüs olmaqla yanaşı, ictimaiyyətdə vətənə sevgi və birlik ruhunun daha da gücləndirilməsinə töhfə verir.