"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

“Naxçıvanpoçt” şəhid ailələrinə bayram sovqatları çatdırıb

 "PAŞA Holding" tərəfindən reallaşan "Vətən əmanətlərin keşiyindədir" layihəsi çərçivəsində Novruz və Ramazan bayramları ərəfəsində şəhid övladlarına bayram hədiyyələri çatdırılıb.

Proqram çərçivəsində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Naxçıvanpoçt” publik hüquqi şəxsinin əməkdaşları şəhid ailələrinin evlərinə gedərək onlara bayram sovqatlarını təqdim edib, ailələrin qayğıları və ehtiyacları ilə maraqlanıblar.

Bildirilib ki, “Naxçıvanpoçt” rəhbərliyi bu kimi sosial dəstək tədbirlərini davam etdirərək, şəhid ailələrinə hər zaman dəstək olacaqlar.

Layihənin məqsədi vətənin müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin ailələrinə dəstək olmaq, onlara diqqət və qayğı göstərməkdir. Bu il Naxçıvanda yaşayan onlarla şəhid ailəsinə bayram sovqatları çatdırılıb.

"Vətən əmanətlərin keşiyindədir" layihəsi şəhid ailələrinə mənəvi və sosial dəstək istiqamətində aparılan əhəmiyyətli təşəbbüs olmaqla yanaşı, ictimaiyyətdə vətənə sevgi və birlik ruhunun daha da gücləndirilməsinə töhfə verir.