"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

"Naxçıvanpoçt"-dan Yeni ilə özəl aksiya

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 23-31 dekabr tarixlərində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Naxçıvanpoçt” xüsusi endirim kampaniyası elan edir!
Belə ki, çəkisi 30 kq-a qədər olan hər bağlama üçün Naxçıvan şəhəri daxilində kuryer xidməti 1 AZN, o cümlədən digər rayonlara çatdırma xidməti isə 3 AZN olaraq hesablanacaqdır.
Sürətli, etibarlı və sərfəli çatdırılma xidməti ilə Yeni ili rahat qarşılamaq üçün “Naxçıvanpoçt” sizinlədir! Kampaniya barədə ətraflı məlumat və sifariş üçün (036) 225 qaynar xətti və ya (060) 320-0-225 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Vaxt itirməyin, bu fürsətdən yararlanın!