Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu “Naxçıvanpoçt”-un Şərur rayonunda yerləşən Mərkəzi poçt bölməsində “Zolotaya Korona” beynəlxalq pul köçürmə sistemi vasitəsilə ilk ödənişi gerçəkləşdirdi. Manatla edilən bu ilk köçürmə, muxtar respublikada poçt xidmətlərinin beynəlxalq səviyyədə rəqabətliliyini artırmağa və müştəri məmnuniyyətini yüksəltməyə xidmət edir. Bu uğurlu əməliyyat, həmçinin, muxtar respublikanın poçt sektorunda innovativ xidmətlərin tətbiq edilməsinə dair mühüm bir addımdır.
Qeyd edək ki, beynəlxalq pul köçürmə sistemi vasitəsilə köçürmələr Azərbaycan manatı ilə icra edilir ki, bu da vətəndaşlarımız üçün böyük rahatlıq yaradır. Sözügedən sistem vasitəsilə əməliyyat xərcləri üzrə aşağı tariflər, təhlükəsizliyin təminatı və köçürmənin sürətli olması əhali arasında bu sistemə tələbatı artırır.
Bu təşəbbüs həm yerli, həm də beynəlxalq istifadəçilər üçün poçt xidmətlərinin keyfiyyətini artırmağa və daha geniş çeşiddə maliyyə xidmətlərini təqdim etməyə yönəldilib. Ölkənin poçt sektorunda bu cür yeniliklər, müştərilərin ehtiyaclarına cavab vermək və onların rahatlığını təmin etmək baxımından əhəmiyyətlidir.
"Naxçıvanpoçt" istifadəçilərə daha mükəmməl və innovativ yeniliklər təqdim etmək məqsədi ilə xidmətlərin genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində işlərini davam etdirməkdədir.