"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

"Naxçıvanpoçt" bayram günlərində göndərişlərlə bağlı müraciət edib

Hörmətli istifadəçilər,

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Naxçıvanpoçt" tərəfindən göndərişlərin vaxtında və təhlükəsiz şəkildə çatdırılması üçün bütün mümkün tədbirlər həyata keçirilir. Lakin, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində bağlamaların göndərilməsi və elektron ticarət sifarişlərinin sayı nəzərəçarpacaq dərəcədə artmaqdadır. Bu səbəbdən, bəzi poçt göndərişlərinin sifariş edilən ölkədən alıcılara çatdırılmasında gecikmələr yarana bilər. Bu kimi halları nəzərə alaraq sifarişlərinizi və göndərişlərinizi əvvəlcədən planlaşdırmağınızı tövsiyə edirik.

Əməkdaşlığınıza və anlayışınıza görə öncədən təşəkkür edirik. Qarşıdan gələn bayramlarınızı təbrik edir, sizə xoş anlar arzulayırıq!

 

“Naxçıvanpoçt”-un iş qrafikini sizə təqdim edirik.

 

Ünvan

I-V günlər

Şənbə

Bazar və bayram günləri

Nahar fasiləsi

1

Naxçıvan şəhər Mərkəzi poçt filialı

08:00-20:00

09:00-19:00

09:00-18:00

Fasiləsiz

2

Rayon Mərkəzi poçt filialları

09:00-18:00

09:00-18:00

09:00-18:00

Fasiləsiz

3

Naxçıvan şəhəri üzrə poçt bölmələri

09:00-17:00

09:00-17:00

İstirahət

13:00-14:00

4

Rayonlar üzrə kənd poçt bölmələri

09:00-17:00

09:00-17:00

İstirahət

13:00-14:00