Bununla bağlı Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini-nazir vəzifəsini icra edən Rahid Ələkbərli müvafiq əmr imzalayıb.
Əmrə əsasən Məmmədrəhimov Azər Şahverdi oğlu “Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru təyin olunub.
O, 2001-2005-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsində bakalavr, 2007-2009-cu illərdə magistr, 2009-2014-cü illərdə hüquq, 2017-2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Elektron idarətmə ixtisası üzrə magistr təhsili alıb. Bu təyinata qədər 2005-2010-cu illərdə bir neçə özəl şirkətin maliyyə şöbəsinin rəisi, 2010-2013-cü illərdə “Azərpoçt” MMC-də maliyyə xidmətləri üzrə mühəndis, 2013-cü ildən etibarən isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatında məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb. Həmçinin, A.Məmmədrəhimov 2016-2021-ci illər ərzində Ümumdünya Poçt İttifaqının Poçt Maliyyə Xidmətləri Komissiyasının həmsədri, 2021-ci ildən “Azərpoçt” MMC-nin Müşahidə Şurasının katibi kimi fəaliyyət göstərib.
24 iyun 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Yeni direktor bu gün kollektivə təqdim olunub.
#RİNN #MDDT #Naxçıvan