"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

“Naxçıvanpoçt” 12 saatlıq iş rejiminə keçib

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvanpoçt” publik hüquqi şəxsinin mərkəzi filialı 12 saatlıq iş rejiminə keçib.

Məqsəd əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunmasıdır.

Artıq Naxçıvan şəhər mərkəzi poçtu şənbə-bazar günləri də daxil olmaqla həftənin 7 günü saat 08:00-dan 20:00-dək vətəndaşlara fasiləsiz olaraq xidmət göstərəcəkdir. Bu halda işçilərin iş rejimi növbə cədvəlləri üzrə qurulur və adətən iş saatları həftələr üzrə bərabər bölüşdürülür.

Rayon filialları isə əvvəlki iş rejiminə uyğun olaraq həftənin bütün günləri fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək, eləcə də poçt məntəqələri isə həftənin bazar ertəsi-şənbə günləri daxil olmaqla saat 09:00-dan 17:00-dək (saat 13:00-14:00 nahar fasiləsi) vətəndaşların xidmətindədir.

Qeyd edək ki, poçt məntəqələrində ənənəvi poçt xidmətləri ilə yanaşı, elektron ticarət vasitəsi ilə sifariş olunmuş malların çatdırılması, istehlakçılardan istifadə etdikləri elektrik, qaz, su sərfiyyatı haqlarının yığılması və sayğacların smart kartlarının balansının artırılması, sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunənin və danışıq haqlarının, internet abunəçilərinin balansının artırılması xidmətindən istifadə haqlarının, məcburi dövlət sosial sığorta haqlarının, yerli (bələdiyyə) vergilərin, habelə Bank və Bank olmayan Kredit təşkilatına kredit borclarının ödənişləri həyata keçirilir.

Muxtar respublika sakinlərinə nümunəvi poçt rabitəsi xidmətlərinin göstərilməsi, ən əsası isə vətəndaş məmnunluğunun təmin edilməsi hər zaman diqqətdə saxlanılır.