"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Naxçıvanda taxoqraflardan istifadəyə dair təlimlər davam edir

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublikada yük daşımalarının həyata keçirilməsində xidmət səviyyəsinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində kompleks tədbirlər davam etdirilir.

Belə ki, Nazirliyin təşkilatçılığı ilə Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi (NANA) və  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə birgə muxtar respublikada yükdaşıma fəaliyyəti göstərən sürücülər və sahibkarlar üçün  14 fevral tarixindən növbəti təlimlərə başlanılıb. İki qrup olmaqla 4 gün davam edən təlimlərdə nəzəri və praktiki biliklərə yiyələnən sürücülərə AYNA-nın əməkdaşı Taleh Məmmədov tərəfindən taxoqraf və ondan istifadə qaydaları haqqında ətraflı məlumatlar verilib. Vurğulanıb ki, taxoqraf nəqliyyat vasitələrinin hərəkətini izləyən və qeyd edən bir qurğudur. Bu qurğu sürücünün nəqliyyat vasitəsini idarə etdiyi, dincəldiyi və texniki təmirə sərf etdiyi vaxtı, habelə digər məlumatları qeyd edir və nəzarətedici orqan tərəfindən bu tədbirlərə nəzarət edilir. 

Təlimlərin keçirilməsində məqsəd sürücülərin və nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək, eləcə də şirkətlərin və dövlət orqanlarının sürücü fəaliyyətlərini izləməsinə və təhlükəsizlik qaydalarına əməl edilməsini təmin etməsinə kömək etməkdir.

Məlumat üçün bildirilir ki, təlimlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 mart 2024-cü il tarixli müvafiq Qərarı ilə təsdiq edilən “Taxoqraflardan istifadə, ona xidmət və ya rəqəmsal taxoqraf kartından istifadə üzrə xüsusi proqram” üzrə keçirilir. Təlimlərə 100-ə yaxın müdavim cəlb edilib və gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.