"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Naxçıvanda taksi sürücüləri üçün təlimlərə başlanılıb

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi muxtar respublikada avtomobil nəqliyyatı sahəsində sərnişindaşıma və yükdaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, sərnişin və yük daşımalarının qabaqcıl beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirir.

 Belə ki, muxtar respublikada ilk dəfə olaraq taksi minik avtomobil sürücüləri üçün etik davranış qaydalarına aid xüsusi təlimlərə başlanılıb.

Taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə keçirilən təlimlər hər qrupda 25 nəfər olmaqla Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində keçirilir.

Tədris zamanı iştirakçılara sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlar, taksi minik avtomobilləri ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları haqqında ətraflı məlumatlar verilir, habelə yol hərəkəti qaydalarını özündə əks etdirən praktiki məşğələlər keçirilir.

Qeyd edək ki, təlimlər “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası”na uyğun olaraq təşkil olunur. Tədris müddəti gündəlik 2 növbəli olmaqla 5 gün davam edəcəkdir. İmtahandan müvəffəqiyyətlə keçən sürücülər müvafiq şəhadətnamələrlə təmin ediləcəkdir.

Görülən işlər, həyata keçirilən məqsədyönlü tədbirlər avtomobil nəqliyyatı  sahəsində idarəetmə, tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə, sürücülərin peşəyönümlü nəzəri və praktiki biliklərinin artırılmasına, həmçinin peşələrinə mükəmməl bələd olmalarına geniş imkanlar yaradacaqdır.