Noyabrın 10-da Vətən müharibəsində Şanlı Ordumuzun igidliyi ilə qazanılan qələbənin dördüncü ildönümündə Naxçıvan Qaziləri" İctimai Birliyinin təşkilatçılığı ilə Şəhidlər bağı salınıb.
"Əshabi-Kəhf Ziyarətgahı" Dini- Mədəni Abidə Kompleksinə gedən yolun kənarında salınan bağda Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatının və tabeliyindəki qurumlarının əməkdaşları da fəal iştirak ediblər.
Aksiya çərçivəsində Nazirliyin kollektivi tərəfindən Birinci və İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan igid naxçıvanlı Vətən oğullarının adına meyvə tingləri əkilib.