Naxçıvanda qazilərin işlə təminatı ilə bağlı tədbir keçirilib
Naxçıvan Biznes Mərkəzində “Naxçıvan Qaziləri” İctimai Birliyinin təşkilatçlığı ilə keçirilən tədbirdə öncə Vətən uğrunda canından keçən qəhrəman şəhidlərin, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsinin icraçısı Rahid Ələkbərli çıxış edərək bildirib ki, qazilərin uyğun iş yerləri ilə təmin edilməsi, məşğulluğunun artırılması hər zamanda diqqətdə saxlanılır. Qeyd edilib ki, qazilərin müvafiq təlimlərə cəlb olunaraq iş yerləri ilə təmin olunmasında Nazirlik də köməkliyini əsirgəməyəcək, eləcə də qazilərlə görüşlər təşkil ediləcək, onlara müxtəlif təlimlər keçirilərək dəstək olunacaqdır.
Həmçinin, aidiyyəti təşkilatların rəhbər və nümayəndələri də görüşün mövzusu, əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Sonda qaziləri maraqlandıran suallar cavablandırılıb.