"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Naxçıvanda poçt ünvanlarının elektron indeksləri sistemi formalaşdırılıb

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Naxçıvan şəhərində yaşayış sahələri üzrə poçt ünvanlarının elektron indeksləri sistemi hazırlanıb. 

Poçt rabitə sisteminin ən geniş yayılmış sahələrindən biri olaraq, gündəlik istifadə olunan kütləvi əlaqə vasitəsidir. Sakinlərin çox hissəsi bütün kommunal ödənişləri və digər xidmətləri poçtlar vasitəsilə həyata keçirirlər. Bu sistem vasitəsilə sakinlər üçün yaşayış sahələrinə yaxın poçt xidmət mərkəzlərinin tapılması mümkündür.

Naxçıvan şəhərinin elektron poçt indeksləri sistemi hazırlanarkən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti ilə razılaşdırılıb.

Bu sistemin hazırlanmasında məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi və əlavə vaxt itkisinin qarşısının alınmasıdır.

Nazirlik tərəfindən sakinlərə keyfiyyətli poçt və rabitə xidmətlərinin göstərilməsi məqsədilə müvafiq tədbirlər ardıcıl şəkildə davam etdirilir.