"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Naxçıvanda ən çox baxılan 10 veb-sayt açıqlanıb

Naxçıvan Muxtar Respublikasında hansı saytlar daha çox izlənilir?

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “gov.az” zonasına köçürülən internet resurslarının analitikası aparılıb.

Analitikanın nəticəsinə əsasən son 15 gündə veb-saytlara unikal ziyarətçilərin, baxılan səhifələrin, yeni istifadəçilərin sayı və veb-saytlarda keçirilən vaxtı üzrə Top10 hazırlanıb.

Bu analtikanın aparılması qurumların veb-saytlarının performansını mütəmadi olaraq nəzarətda saxlamağa kömək edəcəkdir.