Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi vətəndaşlarla keçirilən görüşlərə və aparılan monitorinqlərə əsasən rayon, şəhər və kəndlərdə genişzolaqlı internet şəbəkəsini genişləndirmək üçün internet istifadəçilərinin sayını artırır. Bu məqsədlə tələbata uyğun olaraq Ordubad rayonunun Dırnıs və Babək rayonunun Güznüt kəndlərində istismarda olan avadanlıqların internet tutumları artırılıb. Nəticədə 100-ə yaxın ailə genişzolaqlı internet xidmətləri ilə təmin ediləcəkdir.
Qeyd edək ki, bu proseslərin təlabata uyğun olaraq digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.