"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Naxçıvanda "İnsan resursları və kadr potensialının təkmilləşdirilməsi, ƏMAS-dan istifadə qaydaları” mövzusunda dövlət qurumlarına təlim keçirilib

 Naxçıvan Təlim Mərkəzinin təşkilatçılığı ilə 27, 28 və 30 yanvar tarixlərində "İnsan resursları və kadr potensialının təkmilləşdirilməsi, ƏMAS-dan istifadə qaydaları" mövzusunda keçirilən təlimdə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatının və tabeli qurumlarının kadr işləri üzrə əməkdaşları da iştirak edib.

Üç gün davam edən təlimin ilk iki günündə iştirakçılar kadr uçotunun aparılması, insan resurslarına müasir yanaşma, kadr potensialının gücləndirilməsi və sair bu kimi biliklərlə tanış olub, nümunə sənədlər üzərində praktiki bacarıqlarını inkişaf etdiriblər. Təlimin son günündə isə ƏMAS-dan (Əmək və Məşğulluq Alt Sistemi) düzgün istifadə qaydaları mövzusu elektron sistem üzərində tətbiq edilərək keçirilib.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.