"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən sürücülər maarifləndirilib

Muxtar respublikada “Təmiz hava” aylığı çərçivəsində sərnişin daşımalarının həyata keçirilməsində xidmət səviyyəsinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində reyd və maarifləndici tədbirlər davam etdirilir.

Həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat, Daxili İşlər və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə bir qrup avtobus sürücüsü üçün maarifləndirici tədbir keçirilib.

Naxçıvan şəhərindəki avtobus parkında keçirilən maarifləndirici tədbirdə sərnişindaşıma fəaliyyəti göstərən sürücülərə istifadələrində olan nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismarı, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasının təmini, atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinə əməl etmələri izah olunub. Bildirilib ki, ətraf mühitə müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr atan nəqliyyat vasitələrinin idarə olunmasına görə sürücülər qanunvericiliklə müəyyənləşdirilən qaydada məsuliyyət daşıyırlar.

Qeyd olunub ki, Dövlət Nəqliyyat Xidməti tərəfindən Naxçıvan şəhərində şəhərdaxili marşrutlarda 9 marşrut xətti üzrə 70-dən artıq müxtəliftutumlu avtobus vasitəsilə sərnişinlərə xidmət göstərilir. Sərnişinlərin rahat və təhlükəsiz mənzil başına çatdırılması üçün ictimai nəqliyyat vasitələrinin texniki təhlükəsizlik, həmçinin təmizlik qaydalarına ciddi nəzarət edilir.

Vurğulanıb ki, Dövlət Nəqliyyat Xidmətinin balansında olan avtobuslardan 10-dan çoxunun istehsal ili yenidir. Həmin minik vasitələri panduslu, isitmə və soyutma sistemi, təhlükəsizlik kameraları ilə təhciz olunmuş yeni model konfortlu elektrobuslardır. Xidmətin digər avtobuslarınında ekoloji cəhətdən ətraf mühit üçün yenilənməsi nəzərdə tutulur.

#RİNN #DİN #ETSN #təmizhava