Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,9 % artaraq 9 milyon 173 min 600 manat olub. Xidmətlərin 46,3 %-i mobil telefon rabitəsi sahəsində formalaşıb.
Bundan başqa, cari ilin yanvar-mart aylarında muxtar respublikada nəqliyyat sektorunda 1 milyon 650 min ton yük, 11 milyon 192 min 200 sərnişin daşınıb.
2024-cü ilin birinci rübünün göstəriciləri ilə müqayisədə yük daşınması 1,1 %, sərnişin daşınması isə 1 % artıb.