"Texnologiyalar Sahəsində Qadınlara Dəstək İctimai Birliyi "FEMMES DIGITALES"ın təşkilatçılığı ilə, Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş növbəti "İKT Qızlar üçün IX Regional Konfransı"nı Naxçıvan Muxtar Respublikasında keçirib.
Konfransda Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini-nazir vəzifəsini icra edən Rahid Ələkbərli,"FEMMES DIGITALES" İctimai Birliyinin üzvləri olan "B.EST Solutions", DOST Agentliyi, "MONT", "ASAN Xidmət", "BLOOM Group", "FOMINOV Consulting", "Bakı Avropa Liseyi və s. bu kimi aparıcı şirkət və müəssisələrin rəhbərləri və əməkdaşları tərəfindən təqdimatlar, kompüter təhsili üzrə mərkəzləşmiş və ölkənin beynəlxalq təhsil müəssisəsi hesab olunan "STEP IT Academy Azerbaijan" nümayəndələri tərəfindən təlimlər və robototexnika sahəsində təcrübələr keçirilib, şagirdlərə İKT sahəsində təhsil almaq üçün ali təhsil müəssisələri və ixtisaslar haqqında məlumat verilib.
#RINN #MDDT #Naxçıvan