"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Naxçıvanda 20 Yanvar faciəsinin 35-ci ildönümü yad edilib

Yanvarın 20-də Naxçıvan Muxtar Respublikasında 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd edilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, Ali Məclisin deputatları, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulları, Naxçıvan Qarnizonu qoşunlarının heyətləri, “Naxçıvan Qaziləri” və “Naxçıvan Şəhid Ailələri” ictimai birliklərinin üzvləri və yüzlərlə sakin şəhidlərimizin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına gəliblər.

Əvvəlcə hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra səlahiyyətli nümayəndə, dövlət və hökumət nümayəndələri şəhidlərin məzarlarını ziyarət edib, hər birinin üzərinə tər qərənfillər düzüblər.

Fuad Nəcəfli şəhidlərin ailə üzvləri ilə görüşüb, ehtiramını ifadə edib.

1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türkiyə ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidə və xiyabandakı Ana abidəsi də ziyarət olunub, önünə güllər düzülüb.