"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Naxçıvan-Xok istiqamətində marşurutların sayı artırılıb

 
Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe qurumu “Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsi tərəfindən sərnişin sıxlığı nəzərə alınaraq Xok-Naxçıvan-Xok istiqamətində hərəkət edən marşrut xəttinə sınaq məqsədilə iritutumlu əlavə 2 marşrut salınıb. Bu marşrutlar gün ərzində 4 reys olmaqla Naxçıvan şəhərindən Xok kəndinə 2 reys (07:40-18:00) və 2 reys isə (08:20 -18:40) əks istiqamətə hərəkət sxemi üzrə sərnişinlərə xidmət edəcək.
Xatırladaq ki, hazırda həmin marşrut xəttində ümumilikdə, gün ərzində 12 reys olmaqla Xok-Naxçıvan-Xok istiqamətində sərnişindaşıma fəaliyyəti həyata keçirilir.
Ümumi istifadədə olan marşurutlarının sayının artırılması  vətəndaşların rahat və birbaşa ictimai nəqliyyatla sürətli gediş-gəlişini təmin edəcəkdir.