"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Naxçıvan televiziyası peyk yayımına başlayıb

Naxçıvanda keçirilən "Qlobal İnformasiya Mühiti və Media Trendləri” – “MEDİAFEST-2025” konfransı çərçivəsində Naxçıvan televiziyası "Azerspace-1" peykində (11135 Horizontal 30000) yayıma başlayıb.

Tədbirdə ölkənin tanınmış media nümayəndələri, rəsmi qonaqlar- Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, Mətbuat Şurasının sədri Rəşad Məcid, o cümlədən digər qonaqlar iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2024-cü ilin 15 avqust tarixli sərəncamına əsasən Naxçıvan televiziyasına peyk yayımını həyata keçirən platforma yayımçısı lisenziyası verilib.