"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə sərgi keçirilib  

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının birgə təşkilatçılığı ilə   “Naxçıvan Qədim Azərbaycan  diyarı-100” adlı kitab sərgisi keçirilib.  Nazirliyin əməkdaşları sərgi ilə tanış olublar. 

Qeyd edək ki, kitab sərgisi Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunub. Naxçıvanın tarixi, etnoqrafiyası, həmçinin rabitə, telekommunikasiya, poçt, rəqəmsallaşma, süni intellekt mövzularında kitabların da əhatə etdiyi sərgidə 80-ə yaxın kitab nümayiş olunub.

Kitabxananın əməkdaşları sərgi haqqında ətraflı məlumat verərək qeyd ediblər ki, tariximizi, mənəvi sərvətlərimizi qoruyub saxlayan, nəsildən-nəslə ötürən məbədlərdən biri də Naxçıvan Muxtar Respublikası Kitabxanasıdır. Bu mədəniyyət ocağının fondunda 190 mindən çox çap məhsulu mövcudur və hazırda kitabxana oxuculara ənənəvi xidmətlərlə yanaşı, elektron xidmətlər də göstərir.

Sərginin məqsədi rəqəmsal dövrdə kitab və mütaliəni təbliğ etmək, ziyarətçiləri həm ölkəmizin, həm də xarici nəşriyyatların çap məhsulları ilə tanış etməkdir.