"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibəti ilə növbəti seminar keçirilib

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “İKT və Rəqəmsallaşmada sosial məsuliyyət" mövzusunda 31 yanvar 2024-cü il tarixdə Culfa rayonunda seminar keçirilib.

Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibəti ilə keçirilən  seminarda Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) və rəqəmsallaşmanın gündəlik həyatımıza göstərdiyi təsirdən danışaraq bildirib ki, rəqəmsal texnologiyaların müasir dünyamızın inkişafındakı rolu danılmazdır. Bu məqsədlə muxtar respublikada da bu sahənin sürətli inkişafı istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Rahid Ələkbərli seminarın əhəmiyyətinə toxunaraq vurğulayıb ki, rəqəmsallaşma informasiyaya çıxışı asanlaşdırmaqla yanaşı, cəmiyyət üçün əlçatanlığı da təmin edir. Rəqəmsal resurslardan, o cümlədən rabitə, təhsil və digər sahələrdə istifadə zamanı məsuliyyətli davranmalıdırlar. 

Sonda seminar iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, Nazirliyin Tədbirlər planına əsasən keçirilən seminarların məqsədi rəqəmsallaşma və informasiya resursları sistemlərinin inteqrasiyasının təmin edilməsi, dövlət qurumları arasında etibarlı və təhlükəsiz informasiya mübadiləsinin həyata keçirilməsidir.  Növbəti seminarın Şərur rayonunda keçirilməsi planlaşdırılıb.