"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"
Heydər Əliyev
"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"
Heydər Əliyev
"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"
Heydər Əliyev
"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"
Heydər Əliyev
"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"
Heydər Əliyev
Bu məqsədlə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Fərman imzalayıb. Həmin fərmana əsasən “Naxçıvan Muxtar Respublikasında İdarələrarası Elektron İnformasiya Mübadiləsi Sistemi haqqında Əsasnamə” təsdiq edilib.
Fərmana əsasən Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi cari ilin sonuna kimi Sistemin texniki infrastrukturunun qurulmasını başa çatdıracaq, eləcə də Sistemin fəaliyyətinin təşkilini, idarə olunmasını, təhlükəsizliyini və ondan səmərəli istifadəni təmin edəcəkdir.
Fərmanın icrası istiqamətində Nazirlik aidiyyəti dövlət qurumları ilə birlikdə Sistemə keçid prosesinin sürətləndirilməsi məqsədilə mövcud kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirlər görəcək.
İdarələrarası Elektron İnformasiya Mübadiləsi Sisteminin yaradılması muxtar Respublikada "Rəqəm-əsaslı idarəçilik” və rəqəmsal transformasiyanı sürətləndirməklə yanaşı, rəqəmsal idarəçiliyin tətbiq edilməsi, o cümlədən dövlət orqanları arasında real vaxt rejimində və təhlükəsiz qaydada informasiya mübadiləsinin aparılmasına zəmin yaradacaq.